BAKI, 3 iyul. TELEQRAF
Dağıstan Respublikasının beş sakini 105 ton neft oğurladıqlarına görə iki ay müddətinə həbs edilib.
Teleqraf xəbər verir ki, bölgənin Ali Məhkəməsinin məlumatına görə, həmin şəxslər neft sənayesinə 4,5 milyon rubl ziyan vurmaqda şübhəli bilinirlər.
Təqsirləndirilən şəxslər 2025-ci ilin sentyabrından 2026-cı ilin martına qədər Dağıstanın Noqay rayonundakı neft quyularından oğurluq etməkdə şübhəli bilinirlər. Məhkəmə onların barəsində 1 sentyabra qədər həbs qətimkan tədbiri seçib.