BAKI, 3 iyul. TELEQRAF
Misir millisinin müdafiəçisi Məhəmməd Hani dünya çempionatları tarixinə mənfi göstərici ilə düşüb.
Teleqraf xəbər verir ki, “Əl-Əhli”nin futbolçusu DÇ-2026-nın 1/16 final mərhələsində Avstraliyaya qarşı matçda avtoqol müəllifi olub.
Bununla da Hani dünya çempionatlarında Misir millisinin heyətində birdən çox avtoqol vuran ilk futbolçu kimi tarixə keçib.
Qeyd edək ki, müdafiəçi turnirin qrup mərhələsində Belçika ilə oyunda da topu öz qapısından keçirmişdi.