BAKI, 3 iyul. TELEQRAF
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Meksika - İngiltərə oyununun başlama saatı dəyişdirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
FİFA-ya hava şəraiti ilə əlaqədar görüşün vaxtının dəyişdirilməsi təklifi daxil olub. Mexiko şəhərində qarşılaşmanın planlaşdırılan saatında güclü yağış və ildırım proqnozlaşdırılır.
Bu səbəbdən oyunun 6 saat əvvəl keçirilməsi variantı nəzərdən keçirilir. Meksika - İngiltərə matçının iyulun 6-da, Bakı vaxtı ilə saat 04:00-da başlaması planlaşdırılırdı. Qarşılaşma iyulun 5-də saat 22:00-da start götürə bilər.
Qeyd edək ki, görüş Mexiko şəhərindəki “Azteka” stadionunda keçiriləcək.