BAKI, 3 iyul. TELEQRAF
Bundesliqada yeni mövsümdən etibarən bəzi qayda dəyişiklikləri tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya əsasən, 2026-cı il dünya çempionatında ilk dəfə tətbiq olunan bəzi yeniliklər 2026/2027 mövsümündən Bundesliqa və Bundesliqa 2-də də qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, qol vuruşları və aut atışları zamanı 5 saniyəlik geri sayım tətbiq ediləcək. Əvəzetmə üçün 10 saniyəlik limit müəyyənləşdiriləcək. Zədəli futbolçular üçün isə 1 dəqiqəlik gözləmə müddəti olacaq.
Bundan başqa, yeni mövsümdən VAR səhv ikinci sarı vərəqə qərarlarına müdaxilə edə biləcək. Üstünlük qaydası isə səhv aut atışları və ya cərimə zərbələrinə də şamil olunacaq.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Futbol Federasiyası da DÇ-2026-da tətbiq olunan qaydaların Superliqada qüvvəyə minəcəyini açıqlamışdı.