BAKI, 3 iyul. TELEQRAF
Xorvatiya millisinin hücumçusu İvan Perişiç yığma karyerasını davam etdirəcək.
Teleqraf xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə Xorvatiyanın 2026-cı il dünya çempionatında mübarizəni dayandırmasından sonra danışıb.
Təcrübəli oyunçu sağlam olduğu və komandaya fayda verə bildiyi müddətdə millidə oynamağa davam edəcəyini bildirib:
“Sağlam olduğum və oyuna töhfə verdiyim müddətcə davam edəcəyəm. Ən yaxşı formada qalmaq üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Perişiç DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları matçda qol vurub. O, Xorvatiya millisində keçirdiyi 158 oyunda 39 qola imza atıb.