BAKI, 4 iyul. TELEQRAF

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Avstraliya - Misir matçında qalib penaltilər seriyasında müəyyənləşib.

Teleqraf xəbər verir ki, Misir yığması penaltilər seriyasında daha dəqiq olub.

Afrikalılar 4:2 hesabı ilə 1/8 finala yüksəlib.

***

00:38

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Avstraliya - Misir matçında əlavə vaxt başa çatıb.

Teleqraf xəbər verir ki, Dallasda keçirilən qarşılaşmada əlavə 30 dəqiqədə də hesab dəyişməyib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib penaltilər seriyasında müəyyənləşəcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Argentina - Kabo Verde duelinin qalibi ilə qarşılaşacaq.

***

00:04

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Avstraliya - Misir matçında əsas vaxt başa çatıb.

Teleqraf xəbər verir ki, Dallasda keçirilən qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşıb.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılır.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Argentina - Kabo Verde duelinin qalibi ilə qarşılaşacaq.

***

23:17

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Avstraliya - Misir matçı davam edir.

Teleqraf xəbər verir ki, Avstraliya yığması hesabı bərabərləşdirib - 1:1.

***

23:07

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində keçirilən Avstraliya - Misir matçında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Dallasdakı qarşılaşmada Misir millisi 13-cü dəqiqədə İmam Aşurun vurduğu qolla 1:0 hesabı ilə öndədir.

***

22:51

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyununda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, pley-off mərhələsində Avstraliya və Misir milliləri üz-üzə gəlir.

Dallasda keçirilən qarşılaşmanın ilk yarısı Misir yığmasının üstünlüyü ilə yekunlaşıb. Afrika təmsilçisi 13-cü dəqiqədə hesabı açıb.

Misir millisinin heyətində İmam Aşur fərqlənib.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Argentina - Kabo Verde duelinin qalibi ilə qarşılaşacaq.

***

22:13

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Teleqraf xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Avstraliya və Misir milliləri münasibətlərə aydınlıq gətirir.

Misir yığması 13-cü dəqiqədə hesabda 1:0 önə keçib. Yığmanın heyətində İmam Aşur fərqlənib.

***

22:00

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Teleqraf xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Avstraliya və Misir milliləri üz-üzə gəlir.

Dallasda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Argentina - Kabo Verde duelinin qalibi ilə qarşılaşacaq.