BAKI, 4 iyul. TELEQRAF
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Argentina milli futbol komandası əlavə vaxtda Kabo-Verde milli futbol komandasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Mayamidə keçirilən qarşılaşmada Argentina yığmasının qollarını Lionel Messi (29-cu dəqiqə) və Lisandro Martines (92-ci dəqiqə) vurublar. Kabo-Verde komandasının heyətində isə Deroy Duarte (59) və Sidni Kabral (103) fərqləniblər. Oyunun 111-ci dəqiqəsində Kabo-Verde millisinin futbolçusu Diney topu öz qapısından keçirərək Argentinaya qələbə qazandırıb.
Bu oyunda fərqlənən Messi dünya çempionatlarındakı qol sayını 20-yə çatdıraraq rekordunu daha da yaxşılaşdırıb. O, həmçinin turnirin bombardirləri siyahısında liderliyini möhkəmləndirib. Argentinalı hücumçunun aktivində 20 qol olduğu halda, ən yaxın izləyicisi, Fransa millisinin futbolçusu Kilian Mbappenin hesabında 18 qol var.
Messi cari dünya çempionatında da 7 qolla bombardirlər siyahısına başçılıq edir. Bundan əlavə, o, mundiallar tarixində keçirdiyi oyunların sayını 30-a çatdıraraq bu göstərici üzrə də rekordunu yeniləyib. İkinci pillədə 26 oyunla Kriştianu Ronaldo qərarlaşıb.
Argentina millisinin kapitanı həmçinin dünya çempionatlarında ardıcıl səkkiz oyunda qol vurmaqla öz rekordunu davam etdirib və mundial tarixində turnirin bütün mərhələlərində qol vuran ilk futbolçu olub.
Argentina yığması 1/8 finalda penaltilər seriyasında Avstraliyanı mübarizədən kənarlaşdıran Misir milli futbol komandası ilə qarşılaşacaq. Görüş iyulun 7-də Atlantada keçiriləcək.
***
04:32
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun əlavə vaxtında Argentina millisi hesabda yenidən önə keçib 3-2.
***
04:19
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun əlavə vaxtında Kabo Verde millisi hesabı bərabərləşdirib 2-2.
***
04:07
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun əlavə vaxtında Argentina millisi 2-1 önə keçib.
***
03:59
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun əsas hissəsi 1-1 hesablı bərabərliklə yekunlaşdı.
Matçda əlavə vaxt oynanılacaq.
***
03:21
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 60-cı dəqiqəsində Kabo Verde millisi hesabı bərabərləşdirib.
***
03:06
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Argentinanın 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.
***
02:29
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 28-ci dəqiqəsində Messi hesabı açıb.
***
02:00
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Argentina - Kabo Verde matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun Bakı vaxtı ilə 02:00-da start götürüb.
Qeyd edək ki, bu cütlüyün qalibi növbəti mərhələdə Misir millisi ilə qarşılaşacaq.