Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də axşam saatlarında Azərbaycana gətiriləcək.

Bu haqda Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov məlumat verib: "Rüstəm İbrahimbəyovun nəşi sabah axşam saatlarında Bakıya gətiriləcək. Ailə üzvləri də Rüstəm müəllimin nəşi il birlikdə gələcəklər.

Onun harada dəfn edilməsi ilə bağlı rəsmi qurumlardan məlumat verilməyib".