BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumları nəticəsində xarici avtomobil istehsalçılarının istehsal müəssisələrini ABŞ-yə köçürdüklərini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərlə bağlı təşkil olunan mitinqdə danışıb.
“Onların hamısı geri qayıdır. Meksikanı, Cənubi Koreyanı, Almaniyanı və Yaponiyanı tərk edirlər. Hamısı buraya qayıdır”, – ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, ölkədə avtomobil sənayesinə investisiyalar əhəmiyyətli dərəcədə artıb və yeni istehsal müəssisələrinin tikintisi sürətlənib.
“Hazırda ABŞ-də tarixdə heç vaxt olmadığı qədər çox avtomobil zavodu tikilir. Halbuki son 50 ildə bir dənə də olsun zavod inşa etməmişdik”, – Prezident iddia edib.
ABŞ lideri bu prosesin əsas səbəblərindən biri kimi xaricdən idxal edilən avtomobillərə tətbiq olunan gömrük rüsumlarını göstərib.
İxtisaslaşmış media orqanlarının məlumatına görə, istehsalın ABŞ ərazisinə köçürülməsi avtomobil şirkətlərinə Amerika bazarında tətbiq edilən idxal rüsumlarının təsirini qismən azaltmağa imkan verir.