Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov noyabrın 19-da Kreml rəhbəri Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında beynəlxalq danışıqlar aparılacağını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Yuri Uşakov görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASOİƏT) sammitində ən vacib tədbir adlandırıb.

O, jurnalistlərlə söhbətində bildirib ki, Kuşner və Uitkoffun Moskvaya səfəri zamanı ikitərəfli görüşə hazırlıqlar ümumi şəkildə müzakirə olunub və gündəliklə bağlı razılıq əldə edilib:

"Görüşdə Ukrayna mövzusu, Amerikanın tənzimlənmə ilə bağlı təklifləri, Rusiyanın mülahizələri müzakirə olunacaq".

Prezidentin köməkçisi bildirib ki, görüşün vaxtı və yeri hələlik dəqiqləşdirilir, görüş isə mütləq baş tutacaq.

Uşakov həmin gün daha bir mühüm tədbirin - Çin Dövlət Qonaq Evində Çin Prezidenti Si Cinpin, Vladimir Putin və Donald Tramp arasında üçtərəfli görüşün keçiriləcəyini də bildirib.