BAKI, 20 avqust. TELEQRAF
ABŞ-nin maliyyə Naziri Skott Bessent Vaşinqtonun müttəfiqlərindən İranı iqtisadi cəhətdən təcrid etmək üçün misli görünməmiş sanksiya kampaniyasına qoşulmalarını istəyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, CNBC-yə verdiyi müsahibədə ABŞ-nin müttəfiqlərinin məsələ ilə bağlı mövqeyindən danışarkən “Ya bizimləsiniz, ya da bizə qarşı” ifadəsini işlədib.
Bessent Çini də kampaniyaya qoşulmağa çağıraraq, Pekinlə danışıqların bəzilərinin qapalı qapılar arxasında aparılmasının daha yaxşı olduğunu qeyd edib.