BAKI, 3 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaq qərarının İsraili potensial məhv olmaqdan xilas etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “New York Post”a deyib.

“Mən olmasaydım, bu gün İsrail olmayacaqdı”, - dövlət başçısı bildirib.

Tramp əlavə edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı onun tərəfindən verilib.

Prezident ABŞ-nin müharibəyə İsrail tərəfindən cəlb olunması ilə bağlı iddianı rədd edib:

“Bunu mən başladım. Bunu ona görə başladım ki, İranın nüvə silahına sahib olmasına icazə verə bilmzdik”.