BAKI, 28 fevral. TELEQRAF
ABŞ-nin keçmiş prezidenti Co Bayden xələfi Donald Trampı növbəti dəfə tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Co Bayden Donald Trampın çərşənbə axşamı etdiyi və 1 saat 47 dəqiqə davam edən çıxışına istinadla zarafatla soruşub: “O, hələ də danışır?”.
Təxminən 20 dəqiqəlik çıxışı ərzində Bayden Trampı seçkilərdə səsverməni çətinləşdirməklə “səs oğurlamağa çalışmaqda” ittiham etdi. O, “bu adamda səhv nəsənin olduğunu” deyib.
Bayden Trampı pedofiliya və digər cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin qurbanlarına dəstək verməməkdə də ittiham edib:
“O, qarşısında oturan Epşteyn qurbanlarına bir kəlmə də dəstək vermir, hətta onları tanımır. Bütün bu müddət ərzində onları heç vaxt tanımayıb”.