BAKI, 26 yanvar. TELEQRAF

ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro gələcəkdə ölkəsinə qayıda bilər.

Teleqraf xəbər verir ki, bu iddia ilə Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov çıxış edib.

“Mənə elə gəlir ki, bu mümkündür. Nə vaxtsa nəsə baş verəcək. Şübhəsiz ki”, - deyən diplomat siyasi proseslərin dinamik və vəziyyətlərin dəyişkən olduğunu vurğulayıb.

Melik-Baqdasarovun sözlərinə görə, Nikolas Maduroya qarşı irəli sürülən cinayətlərin heç biri sübuta yetirilməyib.

Xatırladaq ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Adela Flores de Maduro yanvarən 3-də Karakasda ABŞ hərbçilərin tərəfindən saxlanılaraq ABŞ-yə aparılıb. Hər ikisi narkotik ticarəti, narkoterrorizmin maliyyələşdirilməsi və qanunsuz silah saxlamada ittiham olunur.