BAKI, 7 yanvar. TELEQRAF

“ABŞ administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun devrilməsindən sonra bu ölkəni idarə etməyi planlaşdırır, amma oranı öz müstəmləkəsinə çevirməyəcək və ona əbədi sahib olmayacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri amerikalı respublikaçı senator Lindsi Qrem deyib.

“Prezident Tramp istəyir ki, hamı hər şeyə onun nəzarət etdiyini başa düşsün. Mən də istəyirəm ki, Venesuelanı bizim idarə edəcəyimizi hamı eşitsin. Amma bu, o demək deyil ki, biz ona əbədi sahib olacağıq. O, ABŞ-nin koloniyası olmayacaq, amma onu biz idarə edəcəyik”, - senator vurğulayıb.