BAKI, 23 dekabr. TELEQRAF

ABŞ hərbi qüvvələri Sakit okeanın şərqində beynəlxalq sularda narkotik kartelləri tərəfindən istifadə edildiyi bildirilən gəmiyə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

“Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib”, - məlumatda deyilir.

Komandanlıq hücum nəticəsində bir nəfərin öldüyünü də açıqlayıb.