BAKI, 5 dekabr. TELEQRAF
ABŞ artıq Atlas kimi dünya nizamını çiyinlərinə götürməyəcək və digər ölkələrin regional müdafiə üçün məsuliyyət daşımasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.
“ABŞ-nin Atlas kimi bütün dünya nizamını öz çiyinlərində daşıdığı günlər artıq geridə qalıb. Müttəfiq və tərəfdaşlarımız arasında onlarla zəngin və inkişaf etmiş ölkə var ki, onlar öz bölgələrinin əsas məsuliyyətini öz üzərinə götürməli və kollektiv müdafiəyə daha çox sərmayə qoymalıdırlar”, - sənəddə qeyd olunur.
Həmçinin bildirilir ki, Vaşinqton məsuliyyət bölgüsü səylərinə rəhbərlik etməyi və onları maliyyələşdirməyi planlaşdırır.