BAKI, 3 noyabr. TELEQRAF
ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri arasında görüş keçirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.
Görüşün noyabrın 5-nə planlaşdırıldığı qeyd edilib. ABŞ-nin birinci xanımı həmçinin özünün təşəbbüsü ilə Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində atəşkəs rejimi ilə bağlı çıxış edəcək.
Bəyanatda görüşdə hansı səviyyəli nümayəndələrin iştirak edəcəyi dəqiqləşdirilməyib.
Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. Müvəqqəti atəşkəs Melaniya Trampın vasitəçiliyi ilə əldə edilib.