BAKI, 7 oktyabr. TELEQRAF

“Səhhətim 30 il əvvəllə eyni səviyyədədir, hətta daha yaxşıdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

79 yaşlı Amerika lideri “Newsmax”a verdiyi müsahibədə aparıcının səhhəti ilə bağlı sualını cavablandırarkən bildirib: “Düşünürəm ki, özümü yaxşı saxlayıram. Özümü 30-40 il əvvəl hiss etdiyim kimi, hətta daha yaxşı hiss edirəm”.

2025-ci ilin yayında Trampın ayaqlarında şişlik və qollarında göyərmə olduğu açıqlanıb. Ağ Evin mətbuat katibi Kerolayn Levitt həmin vaxt ABŞ prezidentinin səhhətinin əla olduğunu söyləyib. Sözçü şişkinliyi 70 yaşdan yuxarı insanlarda rast gəlinən venoz çatışmazlıq ilə əlaqələndirib, qançırları isə tez-tez əl sıxmaq və aspirin istifadəsi ilə əlaqələndirib.