
BAKI, 23 may. TELEQRAF
ABŞ-də hər beş uşaqdan biri artıq çəkidən əziyyət çəkir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, 1960-cı illərdə ABŞ-də 5%-dən az insan piylənmədən əziyyət çəkirdi, bu gün isə bu göstərici 20%-dən çoxdur.
Tramp vurğulayıb ki, amerikalı uşaqların 40%-i ən azı bir xroniki xəstəlikdən əziyyət çəkir və hər 31 uşaqdan birinə autizm diaqnozu qoyulur, halbuki bir neçə onillik əvvəl bu göstərici 10 min nəfərdə birə bərabər idi.