
BAKI, 20 may. TELEQRAF
ABŞ Senatı Prezident Donald Trampın qudası Çarlz Kuşnerin Amerikanın Fransadakı növbəti səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, onun namizədliyi 51 lehinə, 45-i əleyhinə olmaqla təsdiq edilib.
Çarlz Kuşner Parisdəki vəzifəsindən əlavə ABŞ-nin Monakodakı səfiri vəzifəsini də icra edəcək.
2004-cü ildə vergidən yayınmada günahını etiraf etdikdən sonra həbs edilən keçmiş vəkil Kuşner 2020-ci ildə birinci müddətinin sonuna yaxın Donald Tramp tərəfindən əfv edilib.
2009-cu ildə Trampın böyük qızı İvanka ilə ailə quran Çarlz Kuşnerin oğlu Jared Kuşner ilk prezidentlik dövründə Trampın müşaviri olub.