BAKI, 9 aprel. TELEQRAF

Çin ABŞ mallarına əlavə gömrük rüsumlarını 84 faizə qaldırdıqdan sonra ABŞ Prezidenti Donald Tramp başda “Apple” olmaqla bu ölkədə fəaliyyət göstərən bir çox Amerika şirkətlərinə müraciət edib.

Teleqraf xəbər verir ki, o, şirkətləri Çindən çıxmağa çağırıb.

“Şirkətinizi ABŞ-yə köçürmək üçün əla vaxtdır. “Apple” kimi bir çox şirkət bunu rekord sayda edir. Sıfır gömrük rüsumu, dərhal elektrik/enerji bağlantısı və təsdiq. Yer problemi yox. Gözləməyin, indi edin”, - Tramp sosial şəbəkədə yazıb.