BAKI, 8 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Yaponiyaya səfər etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bildirilir ki, Tramp Yaponiyanın Baş naziri Şiqeru İşibanın yaxın vaxtlarda Yaponiyaya rəsmi səfərə dəvətini qəbul edib.

Bundan əlavə, Vaşinqton və Tokio məlumat mübadiləsini dərinləşdirmək üçün süni intellekt və təhlükəsiz bulud xidmətlərindən istifadə edərək kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Tramp və İşiba arasında rəsmi görüş Vaşinqtonda baş tutub. Tərəflər “ABŞ-Yaponiya münasibətlərinin yeni qızıl dövrünə can atmaq əzmində olduqlarını” bir daha təsdiqləyiblər.