BAKI, 23 iyun. TELEQRAF

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Benqazidə Liviya Milli Ordusunun baş komandanının müavini general-polkovnik Səddam Haftarla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Görüşdə Liviyada sülhün davam etdirilməsi, ölkənin şərqində və qərbində mövcud idarəetmələrin və hərbi qüvvələrin vahid mərkəzdə birləşdirilməsi məsələləri müzakirə olunub.

Türkiyə-Liviya münasibətləri də gündəmdə olub, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlığın gücləndirilməsi məsələləri qiymətləndirilib.