BAKI, 27 noyabr. TELEQRAF
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı Rusiya hərbi bazasının “regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm element” olduğunu iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.
Rusiya liderinin mətbuat katibi vurğulayıb: “Bu hərbi baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində çox vacib elementdir”.