BAKI, 27 noyabr. TELEQRAF
Azərbaycanın Riqadakı səfiri Nərminə Mustafayeva Latviya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Edvins Severs ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.
Görüş zamanı iki ölkə arasında mövcud siyasi əlaqələrin inkişafı, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bundan əlavə, tərəflər regional və beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.