BAKI, 27 noyabr. TELEQRAF
“Moskva Gürcüstan şərabının Rusiyaya idxalının qadağan edilməsi ilə bağlı mövqeyini müvafiq arqumentlərlə əsaslandırmır”.
Teleqraf xəbər verir ki, bunu Tbilisi Kaxa Kaladze Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin görüşünü şərh edərkən deyib.
“Rusiya tərəfi bizə deyir ki, Gürcüstan şərabı Rusiyada satılmamalı və sanksiya tətbiq edilməlidir. Amma bununla bağlı heç bir arqument təqdim edilmir və problemin nədən ibarət olduğunu bilmirik. Bir tərəfdən Gürcüstan şərabının idxalının qadağan edilməli olduğunu deyirlər, digər tərəfdən isə universitetlərə əməkdaşlıq təklif edirlər. Bu, məntiqsiz deyilmi?”, - Kaladze bildirib.
Paytaxt merinin iddiasına görə, Rusiyanın bu addımları Gürcüstan hakimiyyətinə qarşı yönəlib:
“Analiz aparmağı bacaran hər kəs açıq şəkildə bildirir ki, bu, Gürcüstan hakimiyyətinə qarşı atılmış addımdır. Bu cür hərəkətlər hazırda Gürcüstanda müxalifət adı altında təmsil olunan, vətənə bağlı olmayan agentura şəbəkəsini gücləndirir. Ümid edirəm, buna müvafiq qiymət veriləcək və lazımi tədbirlər görüləcək”.