BAKI, 2 noyabr. TELEQRAF
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 56 yaşlı mütəxəssis buna Fransa çempionatının XIV turunda “Le Havre” ilə görüşdə nail olub.
Paris təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatan matç ispaniyalı çalışdırıcının komandadakı 127-ci qələbəsi kimi tarixə düşüb.
Beləliklə, Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan baş məşqçi olub. O, bu göstəricidə 2013-2016-cı illərdə komandaya rəhbərlik etmiş Lorana Blanı geridə qoyub. Sonuncu 173 matçda 126 qələbə qazanıb. Luis Fernandes isə 244 görüşdə 125 dəfə qalib gəlib.
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından bəri PSJ-yə rəhbərlik edir.