BAKI, 2 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşacaq “Sabah”ın səfər planı bəlli olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.
O bildirib ki, kollektiv bu gün çarter reysi ilə Norveçin Stavanger şəhərinə yollanacaq:
“Komanda bu gün saat 15:09-da çarter reysi ilə Stavangerə yola düşəcək. Oyunöncəsi mətbuat konfransı sabah Norveç vaxtı ilə saat 18:30-da, açıq məşq isə saat 19:00-da baş tutacaq.
Norveçdə komandamızı təxminən 200 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Dəqiq say oyun günü bəlli olacaq”.
Qeyd edək ki, “Vikinq” -“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da (yerli vaxtla noyabrın 4-də saat 21:00-da) Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçiriləcək.