BAKI, 30 oktyabr. TELEQRAF
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayıb.
Teleqraf xəbər verir ki, mərasimdən öncə komissiyanın həmsədrləri - Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.