BAKI, 16 oktyabr. TELEQRAF

Misli Premyer Liqasının VIII turunda "Şamaxı" öz meydanında "Şəfa"nı qəbul edib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində Elnur Cəfərov (5) və Rauf Hüseynli (56 - pen.) fərqləniblər. Meydan sahiblərinin qollarını isə Jota (65), Həbib İsmayılov (82) və Rikardo Apolinario (90+3 - pen.) vurublar.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Şamaxı" turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Şəfa" isə 3 xalla 11-ci pillədə qərarlaşıb.

Günün son matçında "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq.