BAKI, 7 oktyabr. TELEQRAF

“İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Bütün cəhətləri ilə tammiqyaslı müharibənin içindəyik. Əlbəttə, bu şəraitdə bir tərəfdən (ABŞ ilə) danışıqlar və müzakirələr apardığımız halda, İran xalqının hüquq və haqlarının təmin edilməsi naminə də ləyaqət və güc mövqeyindən danışırıq. Həmçinin müqavimət və dayanıqlılıq proqramını güclü şəkildə davam etdiririk. Şübhəsiz, müqavimət göstərəcəyik, düşməni ümidsizliyə və məyusluğa düçar edəcəyik”, - dövlət başçısı bildirib.