BAKI, 7 oktyabr. TELEQRAF

“İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma üçün çoxsaylı imkanları əldən verib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O vurğulayıb ki, ABŞ İranın dron və raket imkanlarını ciddi şəkildə zəiflədib, onun Hərbi Dəniz və Hərbi Hava qüvvələrini məhv edib.

Rubio bildirib ki, İran hazırda hərbi baxımdan əvvəlkindən xeyli zəifdir və Donald Tramp ABŞ prezidenti olduğu müddətdə nüvə silahına sahib olmayacaq.

Dövlət katibi əlavə edib ki, enerji təhlükəsizliyi milli təhlükəsizliklə əlaqəlidir: “İranın həyata keçirməyə çalışdığı şey göstərir ki, enerji təchizatının müxtəlif yolları olmalıdır ki, bir regiondan enerji axınının kəsilməsi dünyanın təhlükəsizliyini riskə atmasın”.