BAKI, 5 oktyabr. TELEQRAF
“İranın mərhum ali rəhbəri Əli Xameneinin qisasını alacağımıza və bundan vaz keçməyəcəyimizə söz verirəm”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin baş komandanı Əmir Xatəmi deyib.
“Silahlı Qüvvələr hazırlıq və sayıqlığını qoruyur, düşmənin yenidən səhvə yol verməsi halında sarsıdıcı cavab verəcək”, - o bildirib.
Xatəmi qeyd edib ki, müharibədə itkilər olur, vacib olan müharibənin nəticəsidir.