BAKI, 11 noyabr. TELEQRAF

Rusiya qoşunları gündüz saatlarında Qara dənizdə, Odessanın cənub-qərbində Ukraynaya məxsus quru yük gəmisini vurub.

Teleqraf xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr Ukrayna ordusu üçün hərbi əmlak və ikitəyinatlı yüklər daşıyan dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə davam edir:

"Gün ərzində Qara dənirin akvatoriyasında, Odessanın cənub-qərbində həyata keçirilən zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi əmlak daşıyan quru yük gəmisi tipli dəniz gəmisi vurulub".