BAKI, 2 sentyabr. TELEQRAF

İsrail hakimiyyəti ABŞ-nin noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamasını ehtimalını az hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbələrə istinadla “Al-Monitor” məlumat yayıb.

“Hörmüz boğazının əhəmiyyətini tam başa düşürük, amma bu məsələ bizi nisbətən daha az maraqlandırır. Hesab edirik ki, Prezident Donald Tramp ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər genişmiqyaslı addımlar atmayacaq, amma artıq atılan addımları sərtləşdirəcək, bunlar heç də az deyil”, - portalın həmsöhbətlərindən biri deyib.

İsrail hökumətinin fikrincə, Vaşinqton hazırda tamamilə Hörmüz boğazında keçidin bərpası məsələsinə fokuslanıb. İsrail rəhbərliyi hesab edir ki, ABŞ-nin sanksiya təzyiqi və İrana qarşı iqtisadi blokadası bu məsələnin həlli üçün kifayət qədər təsirli vasitələrdir və bunun üçün genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac yoxdur.

“Hazırkı vəziyyət İsrail üçün çox əlverişli və effektivdir. Bütün pis alternativlər arasında ən yaxşısı budur - ABŞ tərəfindən blokadanın və iqtisadi sanksiyaların sərtləşdirilməsi”, - mənbə əlavə edib.