BAKI, 23 avqust. TELEQRAF

İsrailin son zərbələrindən sonra dərin etimadsızlığın yaranmasına baxmayaraq, Suriya bu ölkə ilə təhlükəsizlik üzrə danışıqları yaxın vaxtlarda bərpa edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani bildirib.

XİN rəhbəri tərəflərin daha əvvəl İsrail qoşunlarının geri çəkilməsi və sərhəd yaxınlığında təhlükəsizlik zonalarının yaradılmasını nəzərdə tutan razılaşmanın demək olar ki, bütün şərtlərini kağız üzərində razılaşdırdığını qeyd edib. Lakin o, Dəməşqin ilk növbədə hücumların dayandırılmasını istədiyini vurğulayıb.

"Hazırda İsrailə etibar etmirik. Suriya sülh və diplomatiya üçün əlini uzadır", — deyə Ə.Şeybani bildirib.