BAKI, 14 oktyabr. TELEQRAF

27 oktyabrda İsraildə keçiriləcək parlament seçkilərindən əvvəl İrana qarşı qabaqlayıcı zərbə endirmək məqsədəuyğun deyil.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

O, Tehrana seçki ərəfəsində İsrailə hücum edəcəyi təqdirdə sərt cavabla qarşılaşacağı barədə xəbərdarlıq edib.

Netanyahu qabaqlayıcı zərbə ehtimalına toxunaraq "bu, bizim üçün əlverişsizdir, yaxşı deyil", deyə qeyd edib.

O həmçinin siyasi rəqiblərin baş nazirin səsvermədən əvvəl hərbi münaqişə yaratmaq istədiyi ilə bağlı ittihamlarına cavab verdi.

Netanyahu deyib: "İran bizə raket atsa belə, mən günahlandırılacağam".