BAKI, 21 avqust. TELEQRAF
“İran Silahlı Qüvvələri quru, dəniz, hava, hava hücumundan müdafiə, kosmik və kiber sahələrdə hazır vəziyyətdədir, ABŞ və İsrailin istənilən təhdidinə sarsıdıcı, peşmanedici və dağıdıcı cavab verəcək”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi deyib.
“Son illərdə həyata keçirilən işlər hərbi texnika istehsalından daha böyük məna daşıyır və müdafiə sahəsində çəkindirici sənaye inqilabıdır”, - o əlavə edib.