BAKI, 20 avqust. TELEQRAF

Misir xarici işlər naziri Bədr Əbdül Ati İranın Qətər və Bəsrə körfəzi ölkələrinə hücumlarını pisləyib.

Teleqraf xəbər verir ki, nazir Tehranı qonşu ölkələrin suverenliyini pozmaqda ittiham edib.

“Bu hücumlar ölkələrin suverenliyinin açıq şəkildə pozulmasıdır. Qətərin və Bəsrə körfəzi ölkələrinin təhlükəsizliyi Misirin və ərəb ölkələrinin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir”, - Ati vurğulayıb.