BAKI, 18 avqust. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər və Suriyadan olan həmkarları ilə Hörmüz boğazı ətrafındakı və regional vəziyyəti müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidan bu gün Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani və Suriya xarici işlər naziri Əsəd Şibani ilə telefon danışıqları aparıb. Qətərli həmkarı ilə söhbət zamanı Hörmüz boğazındakı vəziyyət müzakirə edilib.
Əsəd Şibani ilə söhbət zamanı isə regiondakı son proseslər qiymətləndirilib.