BAKI, 17 avqust. TELEQRAF
İraq Kürd Muxtariyyəti hökumətinin rəhbəri Nəçirvan Bərzani İranın Ərbil şəhərində baş nazir Məsrur Bərzaninin ofisini və Təhlükəsizlik Xidmətinin rəhbərinin iqamətgahını hədəfə alan dron hücumlarını kəskin şəkildə pisləyib.
Teleqraf xəbər verir ki, o, bu cür hücumların təkrarlanmasının qarşısını almaq üçün İraq hökumətini ölkənin təhlükəsizliyinin və sabitliyinin qorunması ilə bağlı üzərinə düşən məsuliyyəti və öhdəliyi yerinə yetirməyə çağırıb.
Regional hökumətin rəhbəri həmçinin bildirib ki, İraq və muxtar bölgənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması hamının üzərinə düşən ortaq məsuliyyətdir. Bərzani əlavə edib ki, hər kəs sakitliyin təmin edilməsi və gərginliyin daha da artmasının qarşısının alınması üçün səy göstərməlidir.