BAKI, 17 avqust. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, dövlət başçısı hakimiyyət dəyişikliyindən sonra Suriyada baş verənləri yaxından izlədiklərini bildirib.

“Hamımız əl-ələ verəcəyik, hər şeydən əvvəl müsəlmanlar olaraq birliyimizi, həmrəyliyimizi qoruyaraq yolumuza davam edəcəyik”, - o deyib.

Ərdoğan Prezident Əhməd Şaraanın rəhbərlik etdiyi yeni hökumətlə münasibətlər və İsrailin Suriyaya hücumları ilə bağlı qeyd edib:

“Dövlət qurumlarımız Suriya ilə olduqca yaxşı münasibətlər içindədir, bu birlik və həmrəyliyi davam etdiririk. Suriya bizim qardaşımızdır, Suriyanı əsla tək qoymayacağıq. Bu prosesdə suriyalı qardaşlarının ona göstərilən diqqət və qayğını görəcək, heç narahat olmasınlar”.

Türkiyənin Suriyanın sabitliyinə verdiyi dəstəklə bağlı suala Ərdoğan belə cavab verib: “Oranın sabitliyi üçün Türkiyənin üzərinə nə düşürsə, bunu sonadək edirik və etməyə davam edəcəyik”.

Türkiyə lideri Bəşər Əsəd rejiminin devrilməsinə aparan prosesdə ölkəsinin rolu ilə bağlı isə belə söyləyib:

“Əlhəmdülillah, bunu həm Prezident Şaraa, həm də aidiyyəti şəxslər çox yaxşı bilirlər. Üzərimizə nə düşürdüsə, bunu sonadək etdik. Bundan sonrakı prosesdə də etməyə davam edəcəyik. İnşallah, ən qısa zamanda Dəməşqə səfər edəcəm”.