BAKI, 17 avqust. TELEQRAF
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə sazişi NATO-nun birgə müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər bəndi də əhatə edir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“NATO-nun 5-ci maddəsi nələri ehtiva edirsə, hazırda burada mövcud olan birgə müdafiə anlayışı da eyni şəkildə istənilən problemin yaranması halında bu üç ölkənin lazımi addımı birlikdə atmaq imkanının olmasını nəzərdə tutur. Bu, Türkiyəyə, Səudiyyə Ərəbistanına və ya Pakistana qarşı ola bilər. Hansına qarşı olmasından asılı olmayaraq, bu üç ölkədən birinə istənilən hücum baş verərsə, ortaq müdafiə paktı olduğu üçün bu üç ölkə bir-birini istənilən hücuma qarşı müdafiə etmək üçün lazımi addımları atmaq imkanına malikdir”, - dövlət başçısı bildirib.