BAKI, 17 avqust. TELEQRAF
“İran sanksiyalar səbəbindən nefti qaçaq yollarla satmağa məcbur olur”.
Teleqraf xəbər verir ki, bunu İran prezidentinin müavini Məhəmməd Cəfər Qaimpənah yerli mediaya bildirib.
“Sanksiyalara məruz qalanda, bu, nefti qaçaq yollarla satmalı olduğumuz deməkdir, bu durumda məcburən nefti satmaları üçün treyderlərə və ya vasitəçilərə verməli oluruq. Amma bu neftin satılıb-satılmayacağı və pulunun nə vaxt geri qayıdacağı bəlli deyil.
Belə bir şəraitdə satışın vaxtı, pulun necə geri qaytarılacağı və yükün yüklənənədək təhlükəsizliyinin necə təmin ediləcəyi kimi suallar ortaya çıxır. Bu vəziyyət qazanc əldə etmək üçün zəmin yarada bilər. Bununla belə, hökumət sanksiyaları aradan qaldırmağa çalışır ki, artıq gəliri bu yollarla əldə etməyək”, - İran rəsmisi vurğulayıb.