BAKI, 13 avqust. TELEQRAF

Minlərlə ton hərbi texnika daşıyan yük yük gəmisi İsrailin Hayfa limanına çatıb və onun boşaldılması başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, texnikalar İsrail ordusuna təhvil veriləcək və quru qoşunlarının hazırlıq səviyyəsinin və əməliyyat imkanlarının gücləndirilməsinə yönəldiləcək.

Yükə D9 hərbi buldozerləri, “Humvee” hərbi avtomobilləri, JLTV zirehli maşınları, “Oshkosh” yük maşınları və digər dəstək və hərbi-logistika texnikaları daxildir.

İsrail Müdafiə Nazirliyi qeyd edib ki, bu texnikaların gətirilməsində məqsəd quru qoşunlarının əməliyyat hazırlığını gücləndirmək və onların fəaliyyətinin davamlılığını təmin etməkdir.