BAKI, 12 avqust. TELEQRAF
Türkiyənin Yalova şəhərində təlim uçuşu zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyənin Yalova şəhərində təlim uçuşu zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qəzaya uğrayıb. Pilot katapult edərək xilas olub. Qəzanın səbəbi araşdırmadan sonra müəyyənləşdiriləcək”, - açıqlamada bildirilib.