BAKI, 12 avqust. TELEQRAF
İran Silahlı Qüvvələri İraqın Ərbil şəhərindən təxminən 90 kilometr şimal-şərqində yerləşən Alan vadisində “Komala” və “İran Kürdüstanı Demokrat Partiyası” təşkilatlarının mövqelərini dronlarla hədəfə alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Rudaw” məlumat yayıb.
Mənbə bildirib ki, hücum bu gün səhər saatlarında həyata keçirilib, itki yoxdur.
Hücum zamanı Xəlifana iki dron düşüb, bir dron Soran şəhərində mülki evə çırpılıb, daha bir dron isə Hərirdə düşərək Bəni-Hərir dağındakı kolluq və otlaq ərazilərində yanğına səbəb olub.