BAKI, 11 avqust. TELEQRAF
“Tərəflər arasındakı danışıqlarda irəliləyiş var, çərçivə razılaşması imzalandıqdan sonra İsrailin Livana hücumlarının miqyası azalıb”.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
“Hər bir halda, danışıqların nəticəsi Livan üçün dağıdıcı müharibənin nəticələrindən daha yaxşı olacaq”, - o bildirib.
Cozef Aun İsrail ordusunun nəzarətində olan Livanın cənubundakı durumdan da danışıb:
“Nəticə etibarilə İsrailin ərazimizin bir qarışını belə öz nəzarətində saxlamasına, hətta bir əsgərinin belə torpaqlarımızda qalmasına icazə verməyəcəyik.
Livan övladlarının öz torpaqlarında rahat yaşamasının vaxtıdır, onun adına və ölkədənkənar məqsədlərlə aparılan müharibələrin davam etməsinin deyil”.