BAKI, 11 avqust. TELEQRAF

Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) Bab əl-Məndəb boğazında yük daşıyan ticarət gəmisinə hücum edib, nəticədə gəminin üç ekipaj üzvü həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Aram News” məlumat yayıb.

Gəmi ballistik raketlə vurulub.

Məlumata görə, hücum nəticəsində iki Pakistan vətəndaşı və bir İndoneziya vətəndaşı həyatını itirib.